Modern.az

Biz öz torpaqlarımızı azad etmişik - Yəhudi icmasının sədri

Biz öz torpaqlarımızı azad etmişik - Yəhudi icmasının sədri

15 Noyabr 2023, 12:26

Heç bir səmavi dində təcavüzə haqq qazandırma halı yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.

 

"Əgər bir xalqın torpaqları təcavüz yolu ilə işğal olunubsa, həmin xalqın gedib o torpaqları hərb yolu ilə azad etməsi məqbuldur, buna din də imkan verir. Biz başqa torpaqlara göz dikməmişik, biz öz torpaqlarımızı azad etmişik. İkili standartlar isə həmişə bunun əleyhinədir", - icma sədri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?