Modern.az

Müharibə bizim istədiyimiz qədər tez bitməyəcək - Zelenski

Müharibə bizim istədiyimiz qədər tez bitməyəcək - Zelenski

Dünya

20 Noyabr 2023, 16:54

Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə bizim istədiyimiz qədər tez bitməyəcək.


Modern.az xəbər verir ki, bu sözləri "Fox News" kanalına danışan Ukrayna prezidenti Volodimr Zelenski söyləyib.


O, döyüş meydanındakı vəziyyətdən, Ukrayna xalqının yüksək motivasiyası və əzmindən, qələbəyə inamından danışıb.


Zelenski, həmçinin Ukraynanın azadlıq və dövlət uğrunda mübarizədəki səylərinə dünyanın diqqətinin saxlanmasının vacibliyini qeyd edib.


"İnsanlar nədənsə buna film kimi yanaşır və hadisələrdə uzun fasilələrin olmayacağını, gözlərinin qarşısındakı mənzərənin həmişə dəyişəcəyini, hər gün sürprizlərin olacağını gözləyirlər. Amma bizim üçün, döyüşçülərimiz üçün bu film deyil. Bunlar bizim həyatımızdır. Bu, gündəlik zəhmətdir. Və hər şey istədiyimiz qədər tez bitməyəcək, amma bizim imtina etməyə haqqımız yoxdur və bunu etməyəcəyik",- deyə o vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…