Modern.az

AFFA rəsmisi "Beşiktaş"ın oyununa təyinat aldı

AFFA rəsmisi

İdman

21 Noyabr 2023, 09:57

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Beşiktaş" və Belçikanın “Brugge” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru (UEFA Venue Director) qismində çalışacaq.

 

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda gerçəkləşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi