Modern.az

HƏMAS-ın daha iki briqadası məhv edildi

HƏMAS-ın daha iki briqadası məhv edildi

4 Dekabr 2023, 00:30

İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb. Əməliyyatlar anklavın şimal hissəsində olduğu kimi intensivliklə aparılacaq.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi Herzi Halevi hərbçilərlə görüşündə deyib.

 

O qeyd edib ki, Qəzza zolağında əməliyyat fasiləsinə qədər İsrail hərbçiləri HƏMAS təşkilatı ilə əlaqəli fələstinli radikalların iki briqadasını qismən məhv edib və hazırda İsrail ordusunun 162-ci diviziyası bu nailiyyətləri ölkənin şimal hissəsində möhkəmləndirməyə davam edir.

 

Baş Qərargah rəisi İsrail ordusunun qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib. “Bizim bunu ən əsaslı şəkildə etmək imkanımız var və bunu Qəzza zolağının şimalında güclü və hərtərəfli etdiyimiz kimi, indi də Qəzza zolağının cənubunda edirik və biz möhkəmlənməyə davam edəcəyik”,- deyə Halevi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mövqelərimiz atəşə TUTULDU-4 hərbçi Ö*DÜ, 20-si yaralandı