Gəncədə 42 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Modern.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan evakuator yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada ölüb.
Qeyd edək ki, R.Sarıyev Gəncə şəhər MKTİB-in işçisidir.