Modern.az

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı

Aktual

10 Fevral 2024, 13:54

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qanunsuz ov edən 2 nəfəri müəyyən edib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxslərdən 1 ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu