Modern.az

Berlin görüşü nə vəd edir... - Zəngəzur dəhlizi də gündəmdə olacaq

Berlin görüşü nə vəd edir... - Zəngəzur dəhlizi də gündəmdə olacaq

Ölkə

27 Fevral 2024, 17:06

Azərbaycan və Ermənistan xarici işlər nazirləri 28-29 fevral tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində görüşəcək. Məlumatı Ermənistan tərəfi yayıb. XİN-dən Modern.az-a bildirilib ki, Berlin görüşündə üçüncü tərəfin iştirakı nəzərdə tutulmayıb.

 

Qeyd edək ki, Ceyhun Bayramov və Mirzoyan sonuncu dəfə 8 ay əvvəl Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar aparıblar. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Tehranda "3+3" formatında çərçivəsində keçirilən görüş zamanı da tərəflər arasında danışıqlar baş tutub.

 

 Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş ikitərəfli görüşündə isə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyasına dair danışıqların davam etdirilməsi ilə bağlı tapşırıq verilib.

 

Məşhur britaniyalı politoloq Neil Uatson Modern.az-a açıqlamasında bildirib ki, Berlinin vasitəçiliyi ilə görüş səmərəli keçə bilər:

 

“Mən Ceyhun Bayramovla Ararat Mirzoyan arasında gözlənilən görüşə nikbin baxıram. Görüş Azərbaycan və Ermənistan dövlət başçılarının Almaniya kansleri Olaf Şolzla Münhen Təhlükəsizlik Şurasının iclası çərçivəsində keçirilən üçtərəfli görüşündən sonra və nəticədə dörd erməni hərbçinin həyatına son qoyan erməni təxribatının ardınca baş tutur. İlk növbədə, görüş sırf ikitərəfli olacaq. Berlin yalnız danışıqlar yeridir".

 

Politoloq qeyd edir ki, tərəflər, həqiqətən də, vəziyyətin gərginliyini azaltmaq istəyir.

 

"Üçüncüsü, Almaniya türk kökənli əhalinin və siyasətçilərin təsirinə görə həmişə neytral və ya bir qədər azərbaycanyönlü yer kimi qiymətləndirilib. Hesab edirəm ki, bu görüş ən mübahisəli məsələlər, məsələn, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası üzərində danışıqlar olacaq. İnanıram ki, bu görüş tərəflərin öz sülh sazişinin bəzi sxemlərini hazırlamaq üçün imkan verəcək. Nəticələri maraqla gözləyirəm”                

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi