Modern.az

Bayramov-Mirzoyan görüşündə üçüncü tərəf də iştirak edəcək? - Rəsmi AÇIQLAMA

Bayramov-Mirzoyan görüşündə üçüncü tərəf də iştirak edəcək? - Rəsmi AÇIQLAMA

27 Fevral 2024, 12:40

Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilən ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə yaxın zamanda görüşmək tapşırılıb. Hər iki ölkənin baş diplomatına sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək barədə tapşırıq verilib.

 

Ermənistan XİN-in məlumatına görə, Ceyhun Bayramov və Ararat Mirzoyan fevralın 28-29-da Berlində bir araya gələcək. 


Berlin görüşündə üçüncü tərəfin, konkret olaraq Almaniya xarici işlər nazirinin iştirak edib-etməyəcəyi də maraq doğurur.

 

Modern.az bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadəyə sorğu ünvanlayıb.

 

O, sorğumuza cavab olaraq bildirib ki, danışıqlar ikitərəfli əsasda aparılır. Sülh müqaviləsi layihəsi üzrə danışıqlar ikitərəfli əsasda aparılır”, - açıqlamada deyilir.

 

Qeyd edək ki, Ceyhun Bayramov və Mirzoyan sonuncu dəfə 8 ay əvvəl Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar aparıblar. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Tehranda "3+3" formatında çərçivəsində keçirilən görüş zamanı da tərəflər arasında danışıqlar baş tutub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir