Modern.az

Sardiniya seçkilərində müxalifət qələbə qazandı 

Sardiniya seçkilərində müxalifət qələbə qazandı 

Dünya

27 Fevral 2024, 23:09

İtaliyanın Sardiniya adasında keçirilən regional seçkilərdə müxalifət sol partiyalarının namizədi xanım Alessandra Todde qələbə qazanıb.

 

Modern.az xəbər verir ki, yeni regional administrasiyanı müəyyən etmək üçün keçirilən seçkilərdə müxalif partiyaların dəstəklədiyi A.Todde səslərin 45,4 faizini toplayıb. O, regional administrasiya rəhbəri postuna seçilən ilk qadın olub.

 

Sağçı partiyalardan ibarət hökumət üçün mühüm sınaq kimi qiymətləndirilən seçkilərdə hakim koalisiya ciddi məğlubiyyətlə üzləşib. Koalisiyanın namizədi Paolo Truzzu 45 faiz səslə ikinci olub. Sağçı koalisiya hökumətinin seçkilərdəki məğlubiyyəti ölkə mediasında geniş əks-səda doğurub.

 

İtaliyanın Baş naziri Ciorcia Meloni telefon danışığı zamanı Alessandra Toddeni təbrik etdiyini, seçkidəki məğlubiyyətin prosesləri yenidən qiymətləndirmək üçün fürsət olduğunu bildirib.

 

“Bu, edilən səhvləri birlikdə qiymətləndirəcəyimiz məğlubiyyətdir. Qələbələrlə yanaşı, məğlubiyyətlərdən də dərs çıxararaq davam edəcəyik”, - deyə sağçı koalisiyanın rəhbərlərinin yaydığı birgə məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi