Modern.az

Azərbaycanlı deputat: “İsrail parlamentindən dəvətnamə gələrsə...”

Azərbaycanlı deputat: “İsrail parlamentindən dəvətnamə gələrsə...”

11 Oktyabr 2013, 11:33

“Xocalı soyqırımı ildönümünə yaxın ərəfədə İsrail parlamentində müzakirə edilə bilər”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Yevda Abramov deyib. O, qeyd edib ki, diasporumuzun aktivləri, Oğuzdan, Gəncədən, Bakıdan olan keçmiş yəhudi vətəndaşlarımız İsraildə vahid təşkilat yaradaraq həm Knessetin spikerinə, həm dostluq qrupuna, həm də İsrail Xarici İşlər Nazirliyinin dəftərxanasına müraciət ediblər.

“Bu il ola bilsin ki, Knessetdə Xocalı soyqırımına baxılsın. İlkin razılaşmalar əldə edilib. Müəyyən materiallar tərtib edilib. Yəqin ki, bu məsələlər gündəmdə olacaq. İlk növbədə komissiya statusunda məsələ müzakirə edilir və elə bir şey olarsa, bizə, Azərbaycan parlamentinin eyni adlı dostluq qrupuna, Diasporla İş üzrə Dövlət Komitəsinə dəvətnamə gələcək”.

Y. Abramov bildirib ki, əgər dəvətnamə gələrsə, o zaman bu onun müzakirəsinə razılıq verilməsi kimi başa düşüləcək. “Biz bunu gözləyirik. Bütün bunlara baxmayaraq, seçkilər ərəfəsində də dünən təşkilat nümayəndələri bizə zəng edərkən yenidən məsələ ilə maraqlandıq və bizə dedilər ki, məsələlər baxılmaq üçün təqdim olunub. Spiker ilkin razılığı verib, Xarici İşlər Nazirliyinin dəftərxanasında da razılıq alınıb. Yəqin, bu müzakirələr gedəcək”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI