Modern.az

Siyasi partiyaların maliyyələşməsində şəffaflıq məsələsi

Siyasi partiyaların maliyyələşməsində şəffaflıq məsələsi

28 Aprel 2010, 18:41

Bu gün Milli Məclisdə Avropa Şurası Korrupsiya ilə mübarizə üzrə Dövlət Qrupunun (QREKO) nümayəndə heyəti ilə BAXCP, YAP, BQP, Müsavat və Ana Vətən partiyalarının rəhbərləri və təmsilçiləri arasında görüş keçirilib.

Görüşdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaları maliyyələşməsi sahəsində şəffaflığın təmin edilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Partiyaların maliyyələşməsi ilə bağlı çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bu sahədə çoxsaylı problemlərin olduğunu bildirib: "Bu gün müxalifət partiyalarının maliyyəşməsi elə bir vəziyyətdədir ki, şəffaflıq və bu kimi məsələlər haqqında danışmağa belə dəyməz. Şəffaflıqdan vəsait olan yerdə danışarlar. Pul var ki, şəffaflıq da olsun... Hazırda partiyaların ianələr yolu ilə maliyyələşməsi də real deyil. Çünki müxalifət partiyaları o qədər zəifdirlər ki, hər hansı bir iş adamı onların maliyyələşməsində maraqlı görünmür. Digər tərəfdən buna cəsarət də etmirlər. Bu baxımdan, ölkədə çoxpartiyalı sistemin, siyasi palitranın zənginliyinin qorunması üçün ilk növbədə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi problemini həll etmək lazımdır".

Qeyd edək ki, dünən Baş Prokurorluğun tədris mərkəzində Avropa Şurası Korrupsiya ilə mübarizə üzrə Dövlət Qrupunun (QREKO) nümayəndələri ilə siyasi partiyaların maliyyə məsələləri üzrə təmsilçiləri arasında da görüş keçirilib. Bu barədə BAXCP-nin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi İlqar Məmmədxanov məlumat verib.

BAXCP-nin səlahiyyətli nümayəndəsi görüşdə siyasi partiyaların maliyyələşməsi sahəsindəki durum və şəffaflıq prinsipinə əməl edilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Görüşdə BAXCP, BQP, YAP, AVP və Ədalət partiyalarının nümayəndələri iştirak ediblər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi