Modern.az

Azərbaycan peyki ilə yayımlanmayan 2 yerli telekanal - AÇIQLAMA

Azərbaycan peyki ilə yayımlanmayan 2 yerli telekanal - AÇIQLAMA

6 Noyabr 2013, 09:18

“Azərbaycanın iki televiziya kanalından başqa digərləri “Azərispace-1” üzərindən yayımlanır”. Bu sözləri Modern.az-a açıqlamasında “Azərkosmos” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev deyib. O, qeyd edib ki, həmin iki kanal “Lider” və “Space”dir. “Əksər kanallarımız peykimiz üzərindən yayımlanır. Həmin iki kanalla isə hazırda danışıqlar aparılır və gümanki, yaxın zamanlarda onlar da peykimiz üzərindən yayımlanacaq”.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı