“Hazırda istintaq gedir. Proses başa çatdıqdan sonra yəqin ki, məlumat veriləcək”. Bunu Modern.az-a hüquq müdafiəçisi, Milli Şuranın üzvü Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə bağlı aparılan istintaq işindən danışarkən deyib. O bildirib ki, hazırda cinayət işi Xətai rayon Polis İdarəsindən alınıb Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib: “Məni, oğlumu və digər şahidləri dindirirlər. Hazırda istintaq getdiyindən hər hansı açıqlama vermək doğru deyil. İstintaqın bitməsini gözləyirəm. Hiss olunur ki, istintaq aparan şəxslər məsələyə daha ciddi yanaşırlar”.
O.Gülaliyev artıq oğlunun səhhətinin normal olduğunu deyib.
İlkin PİRƏLİ