““İKT ili” çərçivəsində nazirliyin hazırladığı Tədbirlər Planına uyğun işlər aparılır və bu ilin sonuna kimi onların başa çatdırılması nəzərdə tutulur”. Bu sözləri Modern.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. O, qeyd edib ki, qarşıya qoyulan işlərin bir hissəsi artıq yerinə yetirilib.
“Bu ilin 6 ayı ərzində görülən işlərlə bağlı artıq mətbuatda məlumatlar gedib. İl ərzində görülən işlərlə bağlı isə ilin yekununda məlumat veriləcək”.