Modern.az

«Danışır Bakı!»-İLK DƏFƏ 6 NOYABRDA

 «Danışır Bakı!»-İLK DƏFƏ 6 NOYABRDA

6 Noyabr 2013, 11:05


6 noyabr tarixi Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. Azərbaycanda ilk dəfə radio 1926-ci il noyabrn 6-da fəaliyyətə başlayıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» nidası eşidilib. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. . Radio ilk efirinə xəbərlər və  canlı musiqi proqramları ilə  başlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti  dövründə radionun yaranması ilə bağlı bir sıra tədbirlər həyata kecirilsə də, Sovet hakimiyyətinin qurulması bu istiqamətdəki işləri yarımçiq qoydu. Dünya ölkələrində və eləcə də Rusiyada  radionun fəaliyyətə başlaması və  yayılması Azərbaycana da təsir etdi. Nəhayət 1926-cı ilin bu günü Azərbaycan Radiosu 4 saatlıq efir vaxtilə fəaliyyətə başladı.

1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı