Modern.az

Separatçılar erməniləri Qarabağa köçürmənin yeni üsulunu tapdılar - FOTO

Separatçılar erməniləri Qarabağa köçürmənin yeni üsulunu tapdılar - FOTO

6 Noyabr 2013, 11:15

"Dağlıq Qarabağda əhalinin təbii artımı bizim prioritet hədəfimizdir”. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə separatçı rejimin “baş nazirinin müavini” Artur Aqabekyan bildirib. Onun sözlərinə görə, Laçın və Kəlbəcər rayonlarına dünya ermənilərini köçməyə həvəsləndirmək üçün güzəştlər, o cümlədən torpaq sahələri hədiyyə olunacaq.

Aqabekyan bildirib ki, bu məqsədlə dekabrın 28-də ümumerməni lotereyasının tirajı oynanılacaq. Lotereyanın uduşunda Xankəndində evlər, toxunma xalçalar, yollayış vərəqəsi və s. var. Satışa 300 min bilet çıxarılacaq ki, bir biletin qiyməti 5 dollar olacaq.

“Lotereyada iştirak edən hər bir erməni Qarabağın məskunlaşdırılmasında iştirak edəcəyini dərk etməlidir”, – deyə Artur Aqabekyan çıxışını yekunlaşdırıb.






Vüqar İsmayılov    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı