Bu gün Tacikistanda prezident seçkisi keçirilir. Hazırkı prezident İmomali Rahmonun seçkini asanlıqla dördüncü müddətə də qazanacağı gözlənir. Digər beş namizəd tanınmayan simalardır, dövlətin maliyyəsi ilə keçirilən seçki kampaniyasında hökumətin siyasətini açıq tənqiddən çəkiniblər. Müxalifətin Sosial Demokrat partiyası seçkini boykot edəcəyini deyib. Kampaniyanın “konstitusiyanın pozulması” və “dövlətin təşkil etdiyi saxtakarlıqla” keçdiyi bildirilir.
"Azadlıq" radiosunun məlumatına görə, ATƏT Tacikistanın dövlət mediasını kampaniya dövründə Rahmon barədə geniş məlumat verməkdə qınayıb. Seçki ərəfəsi YouTube, həmçinin müstəqil xəbər portalı qismən bloklanıb.