Modern.az

Avstriyalı qonaqlar Bakı Ali Neft Məktəbində olublar

 Avstriyalı qonaqlar Bakı Ali Neft Məktəbində olublar

6 Noyabr 2013, 09:15

Modern.az xəbər verir ki, bu gün  Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer – Kaybiç, Avstriyanın İqtisadiyyat,Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən  Departamentinin  direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer, Avstriyanın Leoben Montan   Universitetinin Neftin İstehsalı və Emalı şöbəsinin müdiri Herbert Hofstatter və ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyinin rəhbəri Gülmirzə  Cavadov Bakı Ali Neft Məktəbində olub. Qonaqları  qəbul edən  rektor cənab Elmar Qasımov  bildirib ki,  Bakı  Ali Neft Məktəbinin yaranmasında  əsas məqsəd  günü-gündən inkişaf  edən ölkəmiz  və artıq  transmilli şirkətə çevrilmiş,istər Azərbaycanda  istərsə də ölkənin  hüdudlarından kənarda fəaliyyətini genişləndirən  ARDNŞ  üçün   beynəlxalq standartlara cavab verən, ingilis dilli  kadrların  hazırlanması  olub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor  hazırda  yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləyib.  Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin  genişləndirilməsinin vacibliyini  qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə  uyğun yaradılmış Bakı  Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də  Avropanın  aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.  Avstriya  təhsil  və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulayıb ki, Bakı Ali Neft Məktəbi Avstriyanın  neft-qaz və kimya sənayəsi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. O qeyd edib ki, bu məqsədlə istər Avstriya Respublikasının Azərbaycandakı Səfirliyi, istərsədə ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyi vasitəsi ilə  bu istiqamətdə bir çox danışıqlar aparılmışdır və  bu danışıqların nəticəsi olaraq, biz qərara  gəldik ki, Avstriyanın neft, kimya sənayəsi üzrə tanınmış universiteti olan Leoben  Montan Universiteti ilə öz əməkdaşlığımızı genişləndirək. Görüşdə iştirak edənAvstriya Respublikasınınİqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən  Departamentinin  direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer  bildirib ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik bir ölkədir və bu gündə bu sahə günü –gündən inkişaf edir. O qeyd edib ki, biz Avstriyanıda  Avropanın neft  ölkəsi hesab edə bilərik. Avstriyanın şərqində böyük Neft yatağının olduğunu bildirən Artur Maurer  bildirib ki, il ərzində ölkədə 1 milyon ton civarında neft hasil edilir. Avstriya  Respublikasının  Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri  Silvia Mayer - Kaybiç  Bakı Ali Neft  Məktəbinə ikinci  gəlişindən məmnunluq  hissləri  keçirdiyini  bildirmişdir. Səfir Azərbaycanda  müasir tipli texniki ali məktəbin yaradılmasının  çox  vacib   olduğunu  vurğulayıb. O qeyd edib ki, Avstriya hökuməti  təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında  maraqlıdır . Bu baxımdan Bakı Ali Neft Məktəbi ilə Avstriyanın  tanınmış Leoben   Montan  Universiteti   və digər  təhsil və tədris  mərkəzləri arasında  əməkdaşlıq əlaqələrinin yaradılması  üçün  lazımi  tədbirlərin  həyata keçirilməsinə  hazır  olduğunu  bildirib. Bakı Ali Neft məktəbinin professor–müəllim və tələbə heyətinə Leoben Montan Universiteti  haqqında ətraflı məlumat verən universitetin Neftin İstehsalı  və Emalı Departamentinin rəhbəri, professor Herbert Hofstatter bildirib ki, Bakı Ali Neft Məktəbi ilə bir çox layihələr çərçivəsində əməkdaşlıq etməyə hazırdırlar. Azərbaycandan  müasir standartlara cavab verən, Bakı Ali Neft Məktəbi kimi  ali təhsil ocaqlarının açılmasından qürur hissi keçirdiyini bildirən ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov bildirib ki,  Nümayəndəlik olaraq Bakı Ali Neft Məktəbi ilə  Avstriyanın  neft-kimya  sahəsində  fəaliyyət göstərən  mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində istənilən dəstəyi verməyə hazırdırlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı