Modern.az

Elmar Məmmədyarov İndoneziyaya gedib

Elmar Məmmədyarov İndoneziyaya gedib

6 Noyabr 2013, 11:16

7-8 noyabr tarixlərində İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün Nazir Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə yola düşüb.

Azərbaycan XİN-dən Modern.az-a verilən məlumata görə, illik əsasda keçirilən Demokratiya Forumunun bu ilki mövzusu “Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi” olacaq.  

Demokratiya Forumu 2008-ci ildə İndoneziyanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Forumun məqsədi bərabərlik, qarşılıqlı hörmət və anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübənin bölüşməsi vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı