Modern.az

İmaməli Rəhman 4-cü dəfə Tacikistanın prezidenti seçildi

İmaməli Rəhman 4-cü dəfə Tacikistanın prezidenti seçildi

7 Noyabr 2013, 10:55


Modern.az
xəbər verir ki, Tacikistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu ölkədə dünən keçirilmiş prezident seçkilərinin ilkin nəticələri hazırkı prezident İmaməli Pəhmanın qalib gəldiyini deməyə əsas verir. O, seçicilərin 83,6%-nin səsini toplayaraq qələbə qazanıb.

6 namizədin iştirak etdiyi seçki prosesini 178 ATƏT müşahidəçisi, ATƏT-in Parlament Assambleyasının 34 üzvü və  Avropa Parlamentinin 9 deputatı izləyib.

“Azadlıq Radiosu”nun yerli bölməsi olan “Ozodi” seçkilərdə bir nəfərin bütün ailə üzvlərinin yerinə səs verməsini, sənədsiz gələrək səs vermə faktlarının olduğunu bildirib. Beynəlxalq müşahidəçilər bu gün seçki barədə rəylərini bildirəcək.

Xatırladaq ki, növbəti 7 il müddətinə prezident seçilən İmaməli Rəhman 1993-cü ildən bəri Tacikistan prezidenti səlahiyyətlərini icra edir. O, artıq dördüncü dəfədir bu posta seçilir.  

Vüqar İsmayılov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu