Modern.az

Avrokomissardan Kobaxidzeyə cavab: Təhdid kimi qəbul edilməsindən təəssüflənirəm

Avrokomissardan Kobaxidzeyə cavab: Təhdid kimi qəbul edilməsindən təəssüflənirəm

Dünya

24 May 2024, 10:38

Avropa İttifaqının genişlənmə üzrə komissarı Oliver Varheyli Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə telefon danışığında Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdini xatırladığını təsdiqləyib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Avropa komissarı əmin edib ki, onun sözləri təhdid deyil.

 

Komissar söhbətin bir hissəsinin kontekstdən çıxarılmasından təəssüfləndiyini bildirib: “Mən Baş nazirin diqqətini Tiflis küçələrində daha da qütbləşməyə səbəb ola biləcək qanun qəbul etməklə onsuz da çox kövrək olan vəziyyəti daha da gərginləşdirməmək zərurətinə cəlb etdim. Bu kontekstdə mən Slovakiyada baş vermiş faciəli hadisəni qeyd etdim”, - avropalı diplomat deyib.

Bu xəbər ilə bağlı
Avropa komissarı məni güllələnən baş nazirin taleyi ilə hədələdi - KOBAXİDZE
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama