Bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonu ərazisində hərbi hissəyə məxsus tankın guya yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yer alıb. Müdafiə Nazirliyi bu məluamtı təkzib edib.
Müdafiə Nazirliyi bildirib ki, bu məlumatın heç bir əsası yoxdur və xəbər dezinformasiya xarakteri daşıyır, o cümlədən tövsiyə edilir ki, hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmalıdır və dəqiqləşdirilmədən verilməsi məqsədəuyğun deyil.
Modern.az