Modern.az

Qadın basketbol millisindən növbəti qələbə

Qadın basketbol millisindən növbəti qələbə

İdman

9 İyun 2024, 22:23

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olub.

 

Modern.az xəbər verir ki, komandamız finalda Kipri 21:12 hesabı ilə məğlub edərək buna nail olub. Bununla da milli Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin edib.

 

Qeyd edək ki, Avropanın ən güclü 3x3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI