Modern.az

Təhsil sənədləri indi daha əlçatandır

Təhsil sənədləri indi daha əlçatandır

Təhsil

11 İyun 2024, 17:08

My.gov.az portalına təhsil məlumatları da inteqrasiya olunur. Vətəndaşlar təhsil haqqında elektron arayışlarını rəqəmsal portfel rolunu oynayan bu portaldan asanlıqla və daha sürətli şəkildə əldə edə bilərlər.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, my.gov.az portalında vətəndaşların bütün şəxsi məlumatları əks olunur. Yaxın günlərdə vətəndaş müraciətləri üçün “Təhsil məlumatlarım” bölməsində müvafiq kateqoriyalar üzrə “Müraciət et” hissəsi aktivləşdiriləcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI