Modern.az

AVRO-2024-ün açılış oyununun hakimləri bəlli oldu

AVRO-2024-ün açılış oyununun hakimləri bəlli oldu

İdman

12 İyun 2024, 13:52

Almaniya və Şotlandiya milliləri arasında keçirləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.

 

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Klement Turpin idarə edəcək.

 

Ona Nikolas Danos və Benjamin Pages yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisard əyləşəcək. Onun köməkçiləri Willy Delajod və italiyalı Massimiliano İrrati olacaq.

 

Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI