Modern.az

Türkiyə millisi bu gün Avro-2024-də vacib oyuna çıxır

Türkiyə millisi bu gün Avro-2024-də vacib oyuna çıxır

İdman

26 İyun 2024, 07:49

Bu gün Avro-2024-də qrup mərhələsində 3-cü tura yekun vurulacaq.


Modern.az xəbər verir ki, iki qrupda 4 matç oynanılacaq.


E qrupunda Slovakiya – Rumıniya, Ukrayna – Belçika oyunları baş tutacaq.
 

F qrupunda Gürcüstan – Portuqaliya, Çexiya – Türkiyə matçları diqqət mərkəzində olacaq. Bu qrupda artıq Portuqaliya millisi (6 xal) 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla 2-ci, Çexiya 1 xalla 3-cü, eyni xalı olan Gürcüstan sonuncudur. Pley-offa yüksəlmək üçün bugünkü oyunda Türkiyəyə heç-heçə də kifayət edir. 

26 iyun

E qrupu: 20:00. Slovakiya – Rumıniya (Frankfurt)

E qrupu: 20:00. Ukrayna – Belçika (Ştutqart)

F qrupu: 23:00. Gürcüstan – Portuqaliya (Helzenkirhen)

F qrupu: 23:00. Çexiya – Türkiyə (Hamburq)

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI