Modern.az

Leysan olacaq, dolu düşəcək - Hava xəbərdarlığı

Leysan olacaq, dolu düşəcək - Hava xəbərdarlığı

Aktual

27 İyun 2024, 17:28

Azərbaycanın rayonlarında iyunun 28-29-da əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?