Modern.az

Məktəbli formaları ucuzlaşdı

Məktəbli formaları ucuzlaşdı

24 Avqust 2024, 14:16

Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları ucuzlaşacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.

 

O bildirib ki, hazırda BTE yeni tədris ilinə tam hazırdır:

 

"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manat salınıb. Sabahdan (bu gündən) isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir”, - deyə BTE şöbə müdiri qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI