Modern.az

Bu universitetlərdə boş yer yoxdur! - SİYAHI

Bu universitetlərdə boş yer yoxdur! - SİYAHI

26 Avqust 2024, 11:19

Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

 

O qeyd edib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən aşağıdakı 8 ali təhsil müəssisəsində 100 % dolub. 

 

- Azərbaycan Tibb Universiteti

- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

- ADA Universiteti

- Azərbaycan Dövlət Dəniz Akademiyası

- Bakı Ali Neft Məktəbi

- Dövlət Gömrük Komitəsinin Akademiyası

- Azərbaycan İlahiyyat İnstitutu

-Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI