Avqustun 26-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən rayon Şərif kənd 1 nömrəli tam orta məktəbin boş sinif otağına ildırım düşüb.
Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə nəticəsində sinif otağına ziyan dəyib, bir neçə stol və stul yanıb:
“Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub. Sinif otağının tədris ilinin başlamasına qədər təmir edilməsi üçün müvafiq addımlar atılıb”.