Xəbər verdiyimiz kimi, Şəmkirdə 16 yaşlı İlham Qarayevi qoyun otararkən ildırım vurub.
Modern.az-ın məlumatına görə, onun meyiti atası tərəfindən həmin ərazidə aşkarlanıb.
Yeniyetmənin fotosunu təqdim edirik:
***
12:07
Şəmkirdə 2008-ci il təvəllüdlü İlham Qarayevi heyvan otaran zaman ildırım vurub. O, hadisə nəticəsində dünyasını dəyişib.
Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saat 17:00 radələrində Şəmkir rayonu Ələsgərli kəndində baş verib.
Həyatını itirən Qarayev İlham Elmar oğlu bu il Şəmkir rayon Sarıtəpə kənd tam orta məktəbin 9-cu sinifini bitirib.
Məlumatı Qazax-tovuz Regional Təhsil İdarəsi saytımıza açıqlamasında təsdiqləyib.