Modern.az

29 avqustda bağça müəllimləri üçün sınaq qiymətləndirilmə keçiriləcək

29 avqustda bağça müəllimləri üçün sınaq qiymətləndirilmə keçiriləcək

Təhsil

27 Avqust 2024, 10:16

Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün sınaq qiymətləndirilmə keçiriləcək.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 29 avqust tarixində saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət – tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçiriləcək.

Sınaqların, eləcə də Təhsil İnstitutu tərəfindən keçirilən vebinarların məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin cari ildə keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI