Modern.az

Sertifikasiya: Xaric dil müəllimləri müsahibəyə bu dildə cəlb olunacaq - RƏSMİ

Sertifikasiya: Xaric dil müəllimləri müsahibəyə bu dildə cəlb olunacaq - RƏSMİ

Təhsil

9 Sentyabr 2024, 10:24

Bu gündən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə dair meyarlar içərisində proqram üzrə mövzunu təqdimetmə bacarığı, təhsilalanları qiymətləndirmə bacarığı, özünü təqdimetmə bacarığı, pedaqoji prosesi təşkiletmə bacarığı və ünsiyyət bacarığı yer alır.

 

Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə və mətbuatda xarici dil müəllimlərinin tədris etdikləri fənn dilinə uyğun müsahibələrə cəlb olunub-olunmayacağı müzakirə olunan məsələlərdən biridir.

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.


 
Nazirilikdən bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində xarici dil fənn müəllimlərinin tədris etdikləri dil üzrə müsahibəyə cəlb olunması nəzərdə tutulmayıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI