Modern.az

8-ci sinif şagirdi  faciəvi şəkildə həyatını itirdi

8-ci sinif şagirdi  faciəvi şəkildə həyatını itirdi

Təhsil

9 Sentyabr 2024, 12:00

Xəbər verdiyimiz kimi, Masallı rayonunun Şıxlar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ali Mamedovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.

 

Qəza zamanı avtomobildə olan 2011-ci il təvəllüdlü sərnişin aldığı xəsarətlərdən dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, həyatını itirən uşaq məktəblidir.

 

O, Masallı şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI