Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin fəaliyyətindən söz açıb.
Modern.az-ın məlumatına görə, bu barədə o, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda danışıb.
Nazir deyib ki, növbəti həftə 1200 tələbə 100 müəllim ilə tədrisə başlayacaq universitet Azərbaycan tarixinin çox önəmli səhifəsidir.
O qeyd edib ki, Qarabağ Universitetində əvvəlki səhvlərə yol verilməyəcək.