Modern.az

Gələcəyin peşələri barədə məlumat almağın asan yolu…

Gələcəyin peşələri barədə məlumat almağın asan yolu…

10 Sentyabr 2024, 11:08

Abituriyentlər ixtisas seçimi edərkən ehtiyatlı davranırlar, çünki bu proses onların həyatında böyük rol oynayır. Gələcəkdəki iş imkanları və əmək bazarındakı tələblər ixtisas seçimində vacib faktorlardandır. Abituryentin seçim edərkən əsas qorxusu əmək bazarında yeri olmayan ixtisasın seçilməsidir. Əmək bazarında yeri olmayan və gələcəkdə işsizlik ilə qarşı-qarşıya qalmaq təhlükəsi yaradan ixtisaslar hansılardır?

Modern.az təhsil eksperti Elnur Aydın ilə həmsöhbət olub.

Ekspert qeyd edib ki, abituriyent ixtisas seçimi edərkən əmək bazarında tələblərini araşdırmalıdır:

"Bu gün abituriyent olan gənc əmək bazarına 4-5 ildən sonra çıxacaq, iş axtaracaq. Əmək  bazarında sürətli dəyişikliklər 4-5 il sonrakı vəziyyət barədə proqnoz verməyi çətinləşdirir. Bu zaman təhlillər aparılmalı, köhnəlmə riski olan peşələrdən uzaq durulmalı, gələcəkdə tələbatı yüksək olan peşələr araşdırılmalı və ixtisas seçimində bunlar nəzərə alınmalıdır. Gələcəyin ixtisas və peşələri barədə müxtəlif məlumatlandırıcı resurslar mövcuddur. Bu günün abituriyenti əmək bazarının gələcək durumu barədə proqnozları və ehtimalları barədə bilgili olmalı, ixtisas seçərkən gələcəyın peşələrinə üstünlük verməlidır. Gələcəyin peşələri barədə zəruri məlumatları almanın ən asan və rahat yollarından biri ChatGPT-dir. Süni intellekt bizə gələcəyin peşələrinin də, köhnəlmə riskli peşələri  də deyə bilir. Tələbatı getdikcə aşağı düşən peşəni öyrənmək gələcək işsizlik riskini artırır. Bu səbəbdən köhnəlmə riskli və ya köhnəlmiş peşələrdən uzaq durmaq lazımdır".

Ekspert qeyd edir ki, köhnəlməyə meylli peşələri aşağıdakı kimi təhlil etmək olar:

"Texnologiyanın inkişafı, avtomatlaşdırma və dəyişən iqtisadi ehtiyaclar bir çox peşələrin köhnəlməsinə və ya tamamilə yox olmasına səbəb ola bilər. Bu sahələrdən məlumat giriş operatoru, mağaza kassiri, poçtalyon, bank kassiri kimi sahələrdə çalışan insanlar üçün yeni bacarıqlar və peşə yönümlü təlimlər vasitəsilə yeni iş imkanları açıla bilər".

Gülarə Quliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI