Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qvineyaya yola düşüb. XIN-in mətbuat xidmətindən verilən məlumata görə, 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində "Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili" adı altında keçiriləcək İslam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının 40-cı sessiyası keçiriləcək. Tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Modern.az