Modern.az

Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ

Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ

Ölkə

17 İyun 2025, 09:43

Naxçıvan Aqrar Sığorta Fondu ləğv edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, sözügedən qurum iki ay ərzində fəaliyyətini tam dayandıracaq.

Fondu ləğvi ilə bağlı müvafiq fərman imzalanıb. Naxçıvan qanunvericiliyində Fondun ləğvi ilə bağlı müəyyən dəyişikliklər ediləcək.

Qeyd edək ki, Naxçıvan Aqrar Sığorta Fondu 2020-ci ilin yanvarında Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun fərmanı ilə yaradılıb.

Xatırıladaq ki, Vasif Talıbov 1995-ci ildən 21 dekabr 2022-ci ilədək Ali Məclisin sədri vəzifəsində çalışıb.

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər