Ukraynada avrointeqrasiya tərəfdarlarının aksiyası öz miqyasını getdikcə genişləndirir. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bazar günü – dekabrın 8-də mitinqin təşkilatçıları aksiyalara 1 milyon nəfərin qoşulduğunu bəyan edib. Aksiyaçılar prezident Viktor Yanukoviç və baş nazir Mikola Azarovun istefasını tələb edirlər.
Modern.az