Modern.az

Fond Qaradağda körpələr evi-uşaq bağçasını bərpa etdi - FOTOLAR

Fond Qaradağda körpələr evi-uşaq bağçasını bərpa etdi - FOTOLAR

Təhsil

17 Sentyabr 2024, 17:05

Bakı şəhəri Müşfiqabad qəsəbəsində 286 nömrəli uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, yeni istifadəyə verilən 286 nömrəli uşaq bağçası 120 yerlikdir.

 

Bağçada uşaqların təlim-tərbiyəsi ilə 12 tərbiyəçi və 6 texniki işçi məşğul olur.

 

Qeyd edək ki, bağça 1980-ci illərdə inşa olunub. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyaları köhnəlmiş və istifadəyə yarasız vəziyyətə düşmüşdü.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI