Modern.az

Polşada azərbaycanlı tələbənin ölüm səbəbi bilindi - YENİLƏNİB

Polşada azərbaycanlı tələbənin ölüm səbəbi bilindi - YENİLƏNİB

Təhsil

19 Sentyabr 2024, 11:40

Xəbər verdiyimiz kimi, 25 yaşlı azərbaycanlı tələbə Xəzər Cabbarlı Polşada vəfat edib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, tələbə ürəktutmasından dünyasını dəyişib.

 

O, uzun müddətdir ürəyində olan problemdən əziyyət çəkirdi.

 

Qeyd edək ki, Xəzər Cabbarlı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

 

***

11:20

Azərbaycanlı tələbə Xəzər Cabbarlı Polşada vəfat edib.

 

Modern.az-ın məlumatına görə, 1999-cü il təvəllüdlü tələbə Krakov şəhərində dünyasını dəyişib.

 

Əslən Laçın rayonundan olan gənc Polşada magistratura pilləsində təhsil alırdı.

 

O, həmçinin “Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI