Modern.az

Dövlət qulluğunda test imtahanı keçiriləcək

Dövlət qulluğunda test imtahanı keçiriləcək

Təhsil

20 Sentyabr 2024, 15:00

Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.

 

DİM-dən Modern.az-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak üçün 132 namizəd qeydiyyatdan keçib.

 

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

 

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI