Modern.az

Turqut Özalın mirası uğrunda böyük döyüş

Turqut Özalın mirası uğrunda böyük döyüş

Təhsil

10 Dekabr 2013, 13:01


ANAP-ın ümumi mərkəzi binası satışa çıxarılıb. Əhməd Özal “Tenderə Demokrat Partiyasının (DP) idarəçilərinin yaxınları girəcək”, - deyərək əhəmiyyətli iddialar ortaya atıb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Əhməd Özal atasının ölüm ilə əlaqədar açılan iddiada ifadə verdikdən sonra satışa çıxarılan DP-nin ümumi mərkəzi binasıyla əlaqədar şərhlər verib. Binanın satışı üçün DP-nin tenderə çıxdığını söyləyən Özal deyib: “Bu satış məni ağrıdır. Oraya satış üçün gedənlərin kimlər olduğuna baxın, tenderə girənlərin Demokrat Partiyasının hansı səviyyəsində kimlərin qohumu olduğunu araşdırın. Burada Özalın ruhu var,  o binanı götürməyə çalışanlar xeyr görməzlər. Özalın ruhu da bizimlə birlikdədir. Bu gün onun binasını satanlar, sabah bu ölkəni də satarlar"

DP keçən həftə maliyyə qaynağı üçün Ankaradakı ümumi mərkəzi binasını satışa çıxarıb. Əldə ediləcək gəliri yerli seçkilərə istifadə ediləcək.

Demokrat Partiyası 1983-cü ildə qurulan Doğru Yol Partiyası ilə Ana Vətən Partiyasının 2009-cu ildə birləşməsi ilə yaranıb. Ankaradakı ümumi mərkəzı binası Ana Vətən Partiyasına aid idi və bu birləşməklə Demokrat Partiyanın hesabına keçib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK