Modern.az

Özbəkistan AEBA ilə onkoloji xəstəliklərin müalicəsində əməkdaşlıq edəcək

Özbəkistan AEBA ilə onkoloji xəstəliklərin müalicəsində əməkdaşlıq edəcək

Dünya

21 Sentyabr 2024, 12:20

Özbəkistanın paytaxtı Daşkənddə yeni tikilən Respublika İxtisaslaşdırılmış Onkologiya və Radiologiya Elmi-Praktik Tibb Mərkəzində işləmək üçün mütəxəssislər tələb olunur.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bununla bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Özbəkistan hökuməti arasında əməkdaşlıq sazişi imzalanıb.

 

Sənəd AEBA Baş Konfransının 68-ci sessiyasında agentliyin baş direktoru Rafael Qrossi və Özbəkistanın səhiyyə naziri vəzifəsini icra edən Asilbek Xudoyarov tərəfindən imzalanıb.

 

“Bu layihə onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi üsullarının tətbiqinə xidmət edəcək və nəticədə Özbəkistanda onkoloji xidmətin keyfiyyətini və səmərəliliyini artıracaq. Biz ikitərəfli əməkdaşlığı daha da genişləndirməyə hazırıq”, - deyə Qrossi vurğulayıb.

Bu xəbər ilə bağlı
Süd vəzi xərçəngi ilə mübarizə aparanlar üçün oxunmalı 3 KİTAB
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!