Modern.az

Təhsil müəssisəsində geyim qalmaqalı - Məktəbdən rəsmi AÇIQLAMA

Təhsil müəssisəsində geyim qalmaqalı - Məktəbdən rəsmi AÇIQLAMA

Təhsil

24 Sentyabr 2024, 15:30

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara qızı Fərəhin təhsil aldığı 42 saylı məktəbin direktorundan şikayət edib.

 

Modern.az-ın məlumatına görə, o bildirib ki, sözügedən tədris ocağının direktoru onun qızına geyindiyi ətəklə bağlı irad tutub:

 

"Bu 42 saylı orta məktəbin direktoruna əncam çəkən olsa idi, şagirdlərin və valideynlərin canı dincələrdi. Yaxşı ki, mən Fərəhin yanında idim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki, "Nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur?" Cavab verir ki, "Fərəhin ətəyi ağ rəngdədir". Amma düz demir çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, siz rəngləri ayırd edə bilmirsiniz. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızın üzərinə qışqırıb".

 

Mövzu ilə bağlı 42 nömrəli tam orta məktəbə sorğu ünvanladıq.

 

Təhsil müəssisəsindən saytımıza verilən açıqlamada bildirilir ki, Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir:

 

"Həmin qərara əsasən 42 nömrəli məktəbin Pedaqoji Şurası tərəfindən valideynlərin rəyi nəzərə alınaraq 4 nümunədə geyim formasından biri (mavi və boz) seçilib. Bununla bağlı öncədən valideynlərə də məlumat verilib.

 

24.09.2024-cü il tarixində məktəb rəhbərliyi tərəfindən şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) açıq rəngdə ətək geyindiyi üçün ona irad bildirilib və boz rəngdə ətək geyinməsi tövsiyə olunub. Valideyn isə irada görə məktəb rəhbərliyinə qarşı qeyri-etik ifadələr işlədib. 

 

Övladları məktəbdə bu dərs ilindən təhsil alan valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, məktəbdaxili qaydalara hörmətlə yanaşsınlar və uşaqların məktəb mühitinə effektiv şəkildə uyğunlaşmasına dəstək olsunlar.

 

Qeyd edək ki, eyni görünüşə malik olan məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI