Modern.az

Qarabağ Universitetində tələbələr tədris prosesinə necə adaptasiya edilir?

Qarabağ Universitetində tələbələr tədris prosesinə necə adaptasiya edilir?

Təhsil

24 Sentyabr 2024, 20:17

Qarabağ Universiteti tələbələrinin tədris prosesinə adaptasiya edilməsi üçün orientasiya günü təşkil edilib.

 

Universitetdən Modern.az-a bildirilib ki, orientasiya gününün məqsədi tələbələri akademik və sosial mühitlə tanış etmək, o cümlədən lazım olan resursları təqdim etməkdir.

 

Bununla əlaqədar müvafiq fakültələrdə akademik infosessiyalar keçirilib. Layihə çərçivəsində tələbələr fakültə strukturu və heyəti ilə tanış olub, tədrisin təşkili qaydaları, tələbə nailiyyətlərinin qiymətləndirmə meyarları, dərs cədvəli, sillabuslar və digər məsələlər haqda məlumatlandırılıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI