Modern.az

Azərbaycanda bu rektor fəaliyyətini DAYANDIRDI

Azərbaycanda bu rektor fəaliyyətini DAYANDIRDI

Təhsil

30 Sentyabr 2024, 16:16

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ali təhsil ocağında fəaliyyətini dayandırıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, o, bu gün İnstitutundakı işinə son verib.

 

Qeyd edək ki, Azad Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin deputat seçilib. O, Ali Məclisdə 7 saylı Xanlıqlar seçki dairəsini təmsil edəcək.

 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin deputatları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

Qeyd edək ki, Azad Novruzov 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI