Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko hesab edir ki, 22 illik müstəqillik dövründə onun kimi uğurlu siyasi kurs yürüdən olmayıb. Modern.az saytının məlumatına görə, bunu keçmiş dövlət başçısı Ukrayna KİV-nə müsahibəsində deyib: “Əgər siz istənilən kontekstdə - istər iqtisadi, istər xarici siyasət, istər təhlükəsizlik sahəsində, istərsə sosial sahədə - analiz aparsanız görərsiniz ki, Ukraynada 22 il ərzində prezident Yuşşenkonun daha uğurlu siyasi kurs apardığı qənaətinə gələrsiniz. Azadlıq, demokratiya, yaxud iqtisadiyyatın dinamik inkişafı, büdcənin, ehtiyatların, investisiyanın artması ilə bağlı göstəricilər mənim dövrümdə daha yaxşı olub. Kimsənin bundan yaxşısını etdiyini yanaşı qoya bilərsinizsə, onda papağımı çıxarıb deyəcəyəm ki, bu daha yaxşı siyasi kurs olub”.
Prezidentliyi dövründən danışan Yuşşenko deyib ki, onun komandasının məhvinə səbəb prezidentin səhv siyasi kurs təqdim etməsi yox, xidməti kabinetlərinə girəndən iki gün sonra partiya daxilində liderlik mübarizəsi uğrunda başlayan mübarizə olub.
Keçmiş prezidentin sözlərinə görə, 2010-cu ildən keçmiş baş nazir Yuliya Timoşenko ilə əlaqə saxlamayıb. Maraqlıdır, Ukraynanın ikinci prezidenti Leonid Kuçma isə əmindir ki, ölkəsində siyasi həyat onun hakimiyyəti zamanından başlayıb: “Faktiki olaraq bütün indiki siyasətçilər həyata məndən vəsiqə alıblar”.
Modern.az