Modern.az

Bu gün Bakıda 9 qəza baş verib - DYP-dən AÇIQLAMA

Bu gün Bakıda 9 qəza baş verib - DYP-dən AÇIQLAMA

Təhsil

12 Dekabr 2013, 15:24

“Hava şəraitinin kəskin dəyişməsi nəticəsində bu gün Bakı şəhərində maddi zərərlə nəticələnən 9 yol qəzası alınıb”. Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O, qeyd edib ki, bu qəzalar avtomoillərin birinin sürüşüb digərinə dəyməsi ilə əlaqədardır.

“9 yol nəqliyyat hadisəsi sürücülər tərəfindən yol və metroloji şərait düzgün nəzərə alınmadığından baş verib. Hal-hazırda bütün Yasamal rayonu ərazisindəki əksər küçə və yollarda hərəkət çətinləşib. Bura ən ucqar rayon olduğundan həm küləkli, həm şaxtalı hava müşahidə olunur”.

V. Əsədov sürücülərdən Yasamal rayon ərazisində mümkün qədər şəxsi avtomobillərdən istifadə edilməməsini tövsiyə edir. “Bütövlükdə belə hava şəraitində ictimai nəqliyyat vasitələrinin istifadə edilməsini tövsiyə edirik. Piyadalar isə səki ilə hərəkət edib ehtiyatlı olsunlar. Sürücülərə müraciət edirik ki, sürət həddini şəraitə uyğun seçib, əyləc sistemindən mümkün qədər istifadə etməyin, ötürmələr qutusunun köməyi ilə avtomobilin hərəkətə gətirilməsini və yaxud dayandırılmasını təmin edin. Tərkibində rezin məmulatı olan təkərlərdən və profektorların qalınlığı normaya uyğun olanlardan istifadə etsinlər və belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşan peşəkar sürücülərin hərəkətinə maneə yaratmasınlar”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə ölkə ərazisində yaralanan və ölümlə nəticələnən yol qəzası olmayıb.

“Ola bilər ki, maddi ziyanla nəticələnən yol qəzaları olub. Bunlar adi hallarda da baş verir. Amma ciddi yol nəqliyyatı hadisəsi hələlik müşahidə edilməyib”.

 

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK