Modern.az

Prezidentin adından mərhum Heydər Əliyevlə bağlı ehsan verilib

Prezidentin adından mərhum Heydər Əliyevlə bağlı ehsan verilib

Təhsil

12 Dekabr 2013, 16:12

Prezidenti İlham Əliyevin adından Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib. Dövlət başçısı və xanımı Mehriban Əliyeva, ölkəmizin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak ediblər.

Modern.az-ın məlumatına görə, ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Dövlət başçısı mərasimdə çıxış edərək mərhum Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışıb.

Sonra ehsan süfrəsi açılıb. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

 

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK